Xidmətlərimiz

  • 3D modellәşdirmә vә 3D “scanning” – Məhsulunuzun reklamı üçün ən ucuz və effektiv vasitələrdən biri 3D modelləşdirmədir. Bu termini çox eşitmiş ola bilərsiniz. Ancaq “3D Skanlama” metodunu əsla. Ən yeni texnologiyalardan biri olan “3D skanlama” vasitəsilə məhsulun 3D modelinin hazırlanması vaxtı minimuma endirilir. Bunun nəticəsində nə qədər karlı çıxacağınızı düşünün.

  • 3D Virtual Rality2008-2009 mövsümünün son innovasiyalarından sayılan 3D Virtual Reality`ni Sizə təqdim edirik. Azərbaycanda analoqu olmayan bu texnologiyanı təqdimatlarda, prezentasiyalarda, stendlərdə, sərgilərdə, bir sözlə bir çox tanıtım fəaliyyətlərində istifadə edə bilərsiniz.

  • Rebrendinq xidmətləri – Şirkətin, məhsulun bazarda “tanınabilərliyini, yaddaqalanlığını və cəlbediciliyini” təmin etmək məqsədilə bir çox yerli və xarici şirkətlərin baş vurduğu metodlardan biri.

  • Loqo və qrafik dizayn xidmələri – Müştərinin şirkət və ya məhsul haqqında ilk təəssüratı onun və ya məhsulunun “sifət”i - yəni loqosu əsasında formalaşır desək yanılmarıq. Loqo tərtib edilərkən yalnız “hərf və simvol yığımı”ndan istifadə etmək qeyri-professional, zövqsüz və vulqar təəssürat yaradır. Loqo - individual, təkrarolunmaz, tam, dolğun, cəlbedici, müasir, yaddaqalan və bir o qədər də sadə olmalıdır. Sizin loqo bu meyarlara cavab vermirsə, yenidən düşünün. Bundan əlavə Sizə hər cür qrafik dizayn xidmətləri təklif edirik.

  • Tanıtım diskləri - Tanıtım diskləri vasitәsilә siz özünüz vә ya şirkәtiniz barәdә vermәk istәdiyiniz bütün informasiyanı müştәriyә birbaşa çatdıra bilәrsiniz. Bu metodun digәr reklam vasitәlәrindәn әn üstün cәhәti odur ki, ucuz maliyyә xәrclәri hesabına siz bütün informasiyanızı әtraflı, görüntülü, bölmәlәrә ayıraraq - yәni hәr xırda elementlәri ilә potensial muştәriyә çatdırırsınız.

  • TV reklamları və onların yerləşdirilməsi – TV reklamları ən effektiv reklam növlərindən sayılsa da bəzən onlar da nəticə vermir. Nəticə verməyən reklam, boş məsrəflər – yəni pulun havaya sovrulmasıdır. Biz Sizə keyfiyyətli reklam rolikləri və onların ən reytinqli (sözdə deyil, həqiqətdə) televiziya kanallarının Prime Time`larında yerləşdirilməsini təklif edirik.

  • Radio reklamlar – Geniş kütləyə xitab baxımından TV reklamlardan heç də geridə qalmayan radio reklamları ilk növbədə düzgün tərtib olunmalıdır. Radio dinləyici “növbəti cansıxıcı” reklam deyərək  kanalı dəyişməməsi üçün, yenidən düşünün. Sözlərin, arxa fonun, müddətin, reklam vaxtının, reklam səsinin və s. düzgün seçilməsi nəticəsində dinləyiciyə istədiyiniz məlumatı çatdıra, onda məhsula qarşı maraq oyada bilərsiniz.

  • Çöl reklamları – Tez – tez rast gəldiyimiz çöl reklamlarından hansı yadımızda qalıb? İnformasiyanın bol olduğu zaman və məkanda məhz Sizin reklamınızın tez nəzərə çarpması və yadda qalmasını təmin edirik. Sadəcə yazı deyil, gözəl tərtibat, yerləşdiyi ünvan və məkana uyğun dizaynlar (!), seçilmiş sözlər Sizi daim öndə aparacaq.

  • Web xidmətləri – Sizə yaradıcı (“kreativ” demirik, çünki bu söz çoxları tərəfindən sui istifadə edilir J), korporativ, informativ saytların, onlayn satış sistemlərinin və bir çox web proyektlərin ən qabaqcıl texnologiyalar vasitəsilə hazırlanmasını və təhlükəsizliyinin qorunmasını təklif edirik. İstifadə etdiyimiz texnologiyalar arasında Adobe Flash, Action Script 3, PHP5, MySQL, AJAX, XML, JavaScript, Java, DHTML yer alır.

  • SEOWeb saytların axtarış motorları üçün optimizasiyası. Saytlarınız niyə axtarış motorlarında ilk sıralarda yer almır, düşünmüsünüzmü heç? Sizin saytınızın ilk sırada çıxan saytdan nə fərqi var? Biz Sizə bu fərqi aradan götürməyə yardımçı olacağıq.

  • Adaptasiya –Xarici reklamların Azərbaycan efir məkanına uyğunlaşdırılması üçün keyfiyyət itkisinə yol vermədən tərcümə edilməsində Sizə yardımçı olacağıq

Digər xidmətlərimiz:
  • Media planlama
  • İntellektual və interraktiv flash bannerlərin hazırlanması
  • TV bannerlərinin hazırlanması
  • “Brend book”ların hazırlanması
  • Audiobrendinq (individual jingle`ların hazırlanması və s.)
  • Post production

    Creative Commons License
GreenGraph.co.uk by GreenGraph.co.uk is licensed under a Creative Commons Attribution-Noncommercial-No Derivative Works 3.0 Unported License.
Based on a work at www.greengraph.co.uk.