Yaşıl Həyat

Sign up for Earth Hour


   Dünya - bizim Anamızdır. Ana vətənimizdir. Biz hər şeyimizi ona borcluyuq. Valideynlərimizi belə...
   Dünya bir möcüzə, yaşam isə bir sirr...
   Yaşam boyunca ehtiyaclarımızı qarşılamaq məqsədilə onun bizə bəxş etdiyi nemətləri kor-koranə, israfcasına, düşünməksizin dağıtdığımız bəsdir. Biz bu qədər mi Anamıza qarşı qəddar olduq?! Niyə onun fəryadını duymuruq? Gözyaşlarını görmürük? Yoxsa görmək mi istəmirik? O qədər mi görməz olduq dünyanın bizə yalvarışlarını və nəhayət qəzəbini...?
   Gözümüzü açmağın vaxtı çatıb. Yox, artıq keçib. Ancaq hələ də gec deyil. Ana Vətənimiz olan Dünyamızın yaralarını sarmağın vaxtı çatıb.
   Başlatdığımız "Yaşıl Həyat" kampaniyası çərçivəsində sizə müxtəlif bilgilər verməyi, bu birgilərin qarşılığı olaraq Azərbaycanımızı - Dünyamızı qorumağı niyət etmişik. Hava kirliliyi, Su və Enerji təsərrüfü, yaşıllıqların salınması və qorunması, küçəmizin - şəhərimizin - ölkəmizin təmiz saxlanılması, sağlamlıq ən həssas mövzularımızdır. Dünyada başlanan bu hərəkata biz də qatıldıq. Siz də bizə qatılın!
   Bizimlə həmrəy olduğunuzu bildirmək üçün contact@greengraph.co.uk adresinə müraciət etməyinizi xahiş edirik.
   Gerçəklərlə üzləşmək vaxtı gəldi.. Dünya artıq bizə dözə bilmir... Dünyamızı qoruyaq. Özümüzdən keçsə də gələcəyimiz üçün qoruyaq.... 10 ildən az vaxtımız qaldı :(

ÜRKÜDƏN RƏQƏMLƏR
  • Dünya əhalisinin yüzdə iyirmisi, planetin qaynaqlarının yüzdə səksənini istifadə edir. GEO4, UNEP (United Nations Environment Programme) 2007
  • Dünya’da, inkişafda olan ölkələrə edilən yardımın 12 qatı, hərbi məqsədlərə xərclənir. SIPRI illik hesabatı, 2008 (Stockholm International Peace Research Institute) OECD, 2008 (Organization for Economic Cooperation and Development)
  • Bir gündə 5000 insan kirli içmə suyu üzündən dünyasını dəyişir. Bir milyard insan təmiz içmə suyuna ehtiyac duyur. UNDP, 2006 (United Nations Development Programme)
  • Bir milyarda yaxın sayda insan aclıq həddindədir. FAO, 2008 (Food and Agriculture Organization of the United Nations)
  • Dünya’da taxıl ticarətinin yüzdə əllisi heyvan qidası ya da bioloji yanacaqlar üçün gerçəkləşdirilir. Worldwatch Institute, 2007 - FAO, 2008
  • Əkilə bilən ərazilərin yüzdə 40’ı, uzun zamanlı zərər görmüş vəziyyətdədir. UNEP (United Nations Environment Programme), ISRIC World Soil Information
  • Hər il, 13 milyon hektar meşə yox olur. FAO, 2005
  • Dörd məməlidən biri, səkkiz quşdan biri və həm quruda həm suda yaşaya bilən hər üç canlıdan biri soyunun tükənməsi təhlükəsi altındadır. Canlı növləri təbii nisbətlərinin 1000 qatı sürətlə məhv olur. IUCN, 2008 (International Union for Conservation of Nature) XVI International Botanical Congress, Saint-Louis, USA, 199 http://www.eurekalert.org/pub_releases/1999-08/XIBC-Wbbe-020899.php Beynəlxalq Kongres « Bioloji Fərqlilik : Elm və idarəetmə » Unesco, Paris, Fransa, 2005
  • Balıq ovlama sahələrinin dörddə üçü, tükənmiş durumdadır. Bu bölgələrdəki balıqlar ya tükənmiş ya da təhlükəli ölçüdə azalmış durumdadır. Qaynaq: UN (http://www.un.org/apps/newsFr/storyF.asp?NewsID=13755&Cr=FAO&Cr1/  )
  • Son 15 ilinn ortalama istilikləri bu günə qədər qeyd edilən ən yüksək istiliklərdir. NASA GISS data http://data.giss.nasa.gov/gistemp/graphs/Fig.A.txt http://data.giss.nasa.gov/gistemp/graphs/Fig.A2.txt
  • Buzlaqlar, 40 il öncəkindən yüzdə 40 daha incədir. NSIDC, National Snow and Ice Data Center, 2004 2050 ilində ən az 200 milyon iqlim köçkünü ola bilər. The Stern Review: the Economics of Climate Change, Part II, Chapter 3, page 77 http://www.hm-treasury.gov.uk/d/Part_II_Introduction_group.pdf

    Creative Commons License
GreenGraph.co.uk by GreenGraph.co.uk is licensed under a Creative Commons Attribution-Noncommercial-No Derivative Works 3.0 Unported License.
Based on a work at www.greengraph.co.uk.